Əmək haqqı ilə bağlı ümumi anlayışlar və hesablamalar
1.İnsan Resuslarının idarə edilməsində əməkhaqqı hesablanmasının rolu;
2.Qanunvericiliyə əsasən əməkhaqqı hesablanması anlayışı;
3. Hesablanmış əmək haqqı (Gross) və Xalis əmək haqqı (Net) anlayışları:
a. Dövlət və neft-qaz sektoru üzrə əməkhaqqı hesablanması;
b. Qeyri neft-qaz və özəl sektor üzrə əməkhaqqı hesablanması.
4. Minimum əməkhaqqı anlayışı və Əmək pensiyalarının minimum məbləğinin əməkhaqqı hesablamada rolu;
5. Əməyİn ödənilməsi sistemləri və növləri:
a. İşəmuzd əməkhaqqı;
b. Vaxtamuzd əməkhaqqı.
6. Əməkhaqqının tərkibi;
7. İşçinin haqq hesab sənədləri ilə bağlı tələblər.

Əmək haqqına əlavələr
1. Əmək haqqına əlavələrin növləri;
2. Əmək şəraiti ilə əlaqədar əlavələr:
a. Ağır və zərəli iş;
b. Xüsusilə ağır və zərəli iş.
3. İş rejimi ilə əlaqədar əlavələr:
a. İş vaxtIndan artIq iş;
b. Qeyri-İş günü iş.
4. Başqa işçinin əmək funksiyasının icrasına görə əlavələr:
a. Müvəqqəti əvəzetmə;
b. Boş vəzifənin icrası.
5. Gecə vaxtı görülən işə görə əlavələrin hesablanması:
a. Gecə vaxtı iş anlayışı;
b. Növbəli iş qrafiki;
c. Çoxnövbəli iş qrafiki.

Cəmlənmiş uçot 
1. Cəmlənmiş uçotun mahiyyəti və tətbiqi sahələri;
2. Cəmlənmiş uçotun növləri;
3. Cəmlənmiş uçotun hesablanma qaydaları;
4. Növbəli qrafiklə cəmlənmiş uçotun birgə tətbiqi.

Əmək məzuniyyəti
1. Məzuniyyətin növləri;
2. Əmək məzuniyyətinin hesablanması qaydaları;
3. Əmək məzuniyyətinin hesablanmasına dair istisna hallar;
4. Hesablanma və ödəmə zamanı diqqət yetirilməli məqamlar;
5. Məzuniyyət haqqı ödənilərkən nəzərə alınan və alınmayan əmək haqqı növləri;
6. Məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması:
a. Əmsallaşdırmanın mahiyyəti;
b. Kütləvi artımın mahiyyəti;
c. Əmsallaşdırmanın tətbiqi ilə bağlı məsələlər.
7. İşləyən işçilərə istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın hesablanması;
8. Son haqq-hesab zamanı istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın hesablanması və son haqq-hesabla bağlı digər məsələlər;
9. Əmək məzuniyyətindən geri çağrılma ilə bağlı məzuniyyət hesablama qaydaları;
10. Əmək məzuniyyətində olan işçinin əmək qabiliyyətini itirdiyi zamanı tətbiq olunan hesablamalar;
11. Artıq istifadə edilmiş məzuniyyət pulunun tutulması qaydaları;

Orta əmək haqqı və orta aylıq əmək haqqı
1. Orta əmək haqqı saxlanılan hallar;
2. Orta əmək haqqının hesablanması;
3. Orta əmək haqqının hesablanmasına dair istisna hallar;
4. Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənişlər;
5. Təhsil və yaradıcılıq məzuniyyətlərinin hesablanması;
6. Orta əməkhaqqı və orta aylıq əməkhaqqı anlayışları;
7. Orta aylıq əməkhaqqı növləri;
8. Orta aylıq əməkhaqqının hesablanması üsulları;
9. Müəssisənin ləğvi və ixtisarla əlaqədar müavinətin hesablanması.

Əmək qabiliyyətinin itirilməsinə görə müavinətin hesablanması
1. Sosial sığorta hadisəsi və buna görə ödəmələr;
2. Əmək qabiliyyətinin itirilməsinə görə müavinətin verilmədiyi hallar;
3. Müavinətin hesablanması qaydaları:
a. İşçi 12 aydan az işlədikdə hesablanma qaydası;
b. Xəstəlik 14 gündən artıq  dövrü əhatə etdikdə hesablamada nəzərə alınmalı nüanslar;
c. İşçi əsas və əlavə iş yerlərində işlədikdə müavinətin hesablanma qaydası;
ç. İşçinin son 12 ayında qazancı olmadıqda hesablanmanın aparılma qaydası;
d. “Müavinətin aylıq maksimal həddi yaşa görə əmək pensiyasının baza hissəsinin 25 mislindən artıq ola bilməz” ifadəsinə əsasən müavinətin        hesablaması;
e. “Faktiki qazanc 2 aylıq vəzifə maaşının məbləğindən artıq ola bilməz” ifadəsinə əsasən müavinətin hesablaması;
f. Müavinat hesablayarkən mükafat və əlavələrin hesablanması qaydaları.
4.Qazanc və nəzərə alınmayan iş günləri;
5. İşçinin sosial stajına uyğun faiz nisbətlərinin təyini və burda nəzərə alınmalı olan nüanslar;
6. Yalnız işəgötürən tərəfindən müavinətin ödənildiyi hallar;
7. Xəstəlik vərəqi ilə bağlı diqqət ediləcək məqamlar;
8. Müavinətin ödənilməsi zamanı diqqət ediləcək məqamlar;
9. Müavinətin hesablanması zamanı vergilərin tutulması qaydaları.

Digər sosial müavinətlərin hesablanması
1. Hamiləliyə və doğuşa görə məzuniyyət zamanı verilən müavinət:
a. Müavinətin hesablanması ilə bağlı məsələlər;
b. Hamiləliyə və doğuşa görə müavinətin hesablanması ilə əmək qabiliyyətinin itirilməsinə görə müavinətin hesablanması arasındakı fərqlər;
c. Müavinətin təyin edilməsi və verilməsi ilə bağlı digər məsələlər.
2. Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinət:
a. Müavinətin hesablanması ilə bağlı məsələlər;
b. Qismən ödənişli məzuniyyətin hesablanması ilə bağlı praktikada yarana biləcək qarışıq məslələrin həlli yolları;
c. Müavinətin təyin edilməsi və verilməsi ilə bağlı digər məsələlər.
3. Uşağın anadan olmasına görə birdəfəlik müavinət və onun ödənilməsi;
4. Dəfn üçün müavinət və onun ödənilməsi.

Əmək haqqından tutulmalar
1. Tutulmanın növləri;
2. Əmək haqqından tutulmalara yol verilən hallar;
3. Tam maddi məsuliyyət halları;
4. Əmək haqqından tutulan məbləğlərin miqdarının məhdudlaşdırılması;
5. Aliment və alimentin tutulmadığı məbləğlər;
6. İcra sənədləri üzrə tutulmalar və icra sənədlərinin tutulmadığı məbləğlər.

Vergi tutulmaları (Muzdlu işdən əldə edilən gəlirlər üzrə)
1. Gəlir vergisi:
a. Gəlir vergisi anlayışı və onun növləri;
b. Gəlir vergisinin hesablanması;
c. Fiziki şəxsin gəlir vergisindən azadolmalar;
ç. Məzuniyyət kompensasiyası zamanı gəlir vergisinin və digər vergilərin hesablanması.
2. Məcburi dövlət sosial sığorta haqqı:
a. Məcburi dövlət sosial sığorta haqqının hesablanması;
b. Məcburi dövlət sosial sığorta haqqının hesablanmasından güzəştlər;
3. İcbari tibbi sığorta:
a. İcbari tibbi sığortanın hesablanması.
4. İşsizlik sığortası;
5. İşsizlik sığortasının hesablanması;
6. Bütün növ ödəmələr üzrə vergilərin tutulması qaydaları.

Ezamiyyə
1. Ezamiyyə haqqında qanunvericilik aktları barədə ümumi məlumat;
2. Ezamiyyə ilə bağlı şərtlər;
3. Ezamiyyə xərclərinin tərkibi;
4. Ezamiyyə müddətləri;
5. Ezamiyyə xərcinin hesablanması:
a. Respublika daxili ezamiyyənin hesablanması;
b. Respublika xarici ezamiyyənin hesablanması.
6. Daimi iş vaxtı yolda keçən işcilərə ödəmələr.

Əmək haqqı hesablamasının avtomatlaşdırılması (Microsoft Excel üzərinidə) 
1. Əməkhaqqı hesalanma cədvəlinin hazırlanması;
2. Əməkhaqqı ilə bağlı funksiya və formulalarının izahı;
3. Yekun cədvəldə əməkhaqqının hesablanması.

Əmək qabiliyyətinin itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin işlənilməsi (Elektron Hökümət Portalı üzərinidə)
1. Əmək qabiliyyətinin itirilməsinə görə bülletenin E-gov portalına daxil edilməsinin izahı;
2. Bülletenin əməkhaqqı bölməsinə aid hissəsinin işlənilməsi.

Qeyd: Hər keçirilən mövzuya uyğun olaraq praktiki çalışmalar iştirakçılar tərəfindən həll edilir.