Tərcümə etdiyimiz dillər:
-Rus dili
-İngilis dili
-Ərəb dili
Lahiyələrin tərcüməsi
Hər hansı bir biznes layihəsini xarici investorlara təqdim etmək üçün lahiyənin xarici dilə tərcüməsi mütləq tələb olunur. Tərcümədə hər hansı bir uyğunsuzluq lahiyənin təsdiqlənməməsinə gətirib çıxara bilər. Ona görə də bu kimi layihələrin tərcüməsinin sahələr üzrə ixtisaslaşmış və təcrübəsi olan tərcüməçilər tərəfindən həyata keçirilməsi məqsədəuyğundur. Tərcümədən sonrakı redaktə işi bu tərcümənin keyfiyyətini daha da yüksəldir. Mərkəzimiz öz peşəkar tərcüməçiləri ilə birlikdə bu kimi sifarişləri həyata keçirməyə hazırdır.
Korporativ şirkətlərlə iş prinsipi
Müraciət zamanı ilkin olaraq sifarişçinin tərcümə ediləcək sənədi dəyərləndirilir. Tərcümənin səhifə üzrə hesablanması “Microsoft Word” formatında 300 sözlə aparılır. Sifariş dəyərləndirildikdən sonra sifarişçiyə tərcümənin məbləği və hazır olacağı zaman qeyd edilir. Ödəniş müqavilə əsasında nəğd və yaxud bank vasitəsilə ödənilə bilər. Sifarişlərin qəbulu elektron ( (Microsoft Word, PowerPoint, Excel, Acrobat Reader, OneNote və s) və yaxud çap formasında həyata keçirilir. Əsas məqsədimiz bizə güvənib müraciət edən sifarişçinin tərcümə işinin sürətli və keyfiyyətli şəkildə təhvil verilməsidir.