1. Vakansiya: Daxili Audit üzrə Müdir
Hesabat verdiyi/tabe olduğu vəzifə: Baş Audit İnzibatçısı
İş yeri: Əsasən Qaradağda yerləşən zavod ofisi
Əlavə olaraq həftəiçi müəyyən günləri evdən və şəhər ofisindən işləmək imkanı var
Tələblər:
- İqtisadi sahədə (maliyyə, mühasibatlıq, audit və s. ) ali bakalavr təhsili;
- Əlaqədar sahə üzrə minimum 5 il iş təcrübəsi;
- Baş Mütəxəssis və ya Qrup Rəhbəri vəzifələrində iş təcrübəsi mütləqdir;
- Azərbaycan və İngilis dillərini mükəmməl bilmək;
- MS Office proqramlarını yüksək səviyyədə bilmək, SAP bilikləri arzu olunandır;
- CİA, ACCA kimi beynəlxalq ixtisaslaşmalar üzrə sertifikatları olanlara ustünlük veriləcək.
Tələb olunan kompetensiyalar:
- Müştəri yönümlülük;
- Analitik düşüncə, təşəbbüskarlıq;
- Dürüstlük, obyektivlik, qərar verə bilmə;
- Effektiv kommunikasiya, mübahisələrin idarə edilməsi;
- Vaxtın düzgün idarə edilməsi, stresə dözümlülük;
- Yenilikçilik və davamlı inkişaf;
- Əməyin mühafizəsi qaydalarından xəbərdar olma.
Vəzifə və Öhdəliklər:
- İllik Audit Planına əsasən və ya plandan kənar həyata keçirilən audit layihələrinin aparılmasını təşkil etmək və qrup rəhbəri kimi məsul olmaq ;
- Daxili audit layihələrinin həyata keçirilməsi üzrə iş proqramını tərtib etmək və icrasına məsul olmaq;
- Daxili audit yoxlamalarının nəticələrinə dair işçi faylları, hesabatları və s. hazırlamaq;
- Yoxlanılan proses üzrə daxili nəzarət sisteminin adekvatlığını və effektivliyini qiymətləndirmək, rəy formalaşdırmaq və nöqsanların aradan qaldırılması istiqamətində praktik tövsiyyələr vermək;
- Audit layihələri üzrə hesabatların düzgün, keyfiyyətli və effektiv tərzdə hazırlanmasına cavabdeh olmaq;
- Daxili audit yoxlamaları zamanı mənimsəmə və saxtakarlıq risklərinin qiymətləndirilməsini aparmaq.
CV-ləri müraciət etdiyiniz vəzifənin adını qeyd etməklə hr@norm.az ünvanına göndərməyiniz xahiş olunur.
Son Müraciət Tarixi: 16.12.2022
2. Vakansiya: Anbardar
Tələblər:
- Təhsil : Ali
- İş təcrübəsi : 1 ildən 3 ilə qədər
- Yaş : 40 – 60
- Cins : Kişi
- Siqaret və İşçi içməyən şəxslər
- Anbarda 1 il iş təcrübəsi arzuolunandır;
- Rus dilində orta səviyyə;
- Cinsi: Kişi
- Hərbi xidməti başa vurmuş şəxslər
İş barədə məlumat:
- Vəzifə funksiyaları: Malın qəbul edilməsi,
- 1C proqramını bilən
- Anbardar üzrə minimum 1 il təcrübə
İş şəraiti:
- İş qrafiki: 6 günlük iş həftəsi, Yaz aylarında 09.00-dan 19.30 kimi. Qış aylarında 09.00-dan 19.00 kimi.
- Əmək haqqı: 800-1000
CV-ləri müraciət etdiyiniz vəzifənin adını qeyd etməklə samsung-022@mail.ru ünvanına göndərməyiniz xahiş olunur.